"Azərbaycan  Respublikası  ərazisində  dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə  görə  bölgüsünün təsdiq  edilməsi  haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il  2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 113                   Bakı şəhəri, 11 iyun 2013-cü il

 

 

 

 "Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2800 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555; 2005, ¹ 11, maddə 1065; 2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1, maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7, maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə 848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012, ¹ 3, maddə 264, ¹ 6, maddə 636; 2012, ¹3, maddə 338; 2013, ¹4, maddə 440) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr"  bölməsinin "Şahbuz rayonu" hissəsinin "Yerləşdiyi ünvan" sütununun 2064-cü, 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsinin "Şahbuz rayonu" hissəsinin "Yerləşdiyi ünvan" sütununun 6099-cu və 6100-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

"Şahbuz şəhəri və Mahmudoba kəndi arasında".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.